• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı: “Azərbaycan siyasi səhnəsindəki siyasilərin 80 faizi indiyədək silinib getməli idi”
    

    Tural Abbaslı: “Azərbaycan siyasi səhnəsindəki siyasilərin 80 faizi indiyədək silinib getməli idi”

    2-11-2017, 14:53
    Oxunub: 235
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı: “Azərbaycan siyasi səhnəsindəki siyasilərin 80 faizi indiyədək silinib getməli idi”

    Son 15 ildə Azərbaycan müxalifətinin uğursuzluqlarına rəğmən hər seçki prosesində ümidverici bəyanatlar səsləndirmələri müzakirələrə səbəb olub. Demokratik düşərgə liderləri hər seçkiöncəsi bunun “son şans” olduğu barədə fikirlər səsləndirir. Bunu həm prezident, həm də parlament seçkiləri ərəfəsində müşahidə edirik və tendensiya uzun illərdir davam edir.

    Sanki xalq kütlələrini proseslərə cəlb etməyin yolunu müxalif liderləri bu “taktikada” görürlər.

    Maraqlı hal odur ki, “son şans” dedikləri bir neçə seçkini geridə buraxmışıq, amma yenə də “son şans” iddiası bitməyib. İndi isə bir sıra liderlər 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinin “son şans” olduğu barədə açıqlamalar verirlər.

    Bu taktika nə dərəcədə uğurludur? Hər seçkiyə son şans deyib, uğursuzluğa düçar olub, növbəti seçkidə də eyni iddianı səsləndirmək siyasi cəhətdən doğrudurmu?

    AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, bu cür ifadələrin ardından konkret addımlar atılmalıdır: “Siyasətdə ağıllı siyasətçinin leksikonunda ”son şans" ifadəsi çox az istifadə olunmalı və bəlkə də, ümumiyyətlə, istifadə olunmamalıdır. Çünki bu ifadənin ardından konkret hansısa addımlar atılmalıdır. Bizdə isə təəssüf olsun ki, bu ifadədən çox tez-tez ucuz təbliğat vasitəsi kimi istifadə olunur. Əgər bu günə qədər qeydə alınan “son şansları” analiz etsək görərik ki, indi Azərbaycan siyasi səhnəsindəki siyasilərin 80% -i silinib getməli idi. “Son şans” termininin seçkilərə aid işlədilməsi isə ümumiyyətlə, qəbul edilməzdir. Çünki heç bir seçki heç bir siyasi təşkilat üçün son şans olmamalıdır. Ən pis halda növbəti şans olmalıdır. Normal seçkilər keçirilən ölkələrin təcrübələrinə baxanda görürük ki, bu seçkilərdə məğlub olan təşkilat və ya siyasilər növbəti seçkilərdə böyük uğur əldə edirlər və ya tam əksinə. Biz AĞ Partiya olaraq, nə üzümüzə gələn prezident seçkisinə, nə də hansısa digər seçkilərə son şans kimi baxmırıq. Bizim üçün hər seçki yeni təcrübə və nəticə çıxarılmalı hadisədir. Təəssüflə qeyd etməliyəm ki, bizdə siyasi mübarizə rəqabət kimi deyil, düşmənçilik kimi qəbul olunur. Bu mühit dövlətin inkişafına və dövlətçilik ənənələrinin formalaşmasına mane törədir. Rəqabətdə bir tərəf digər tərəfi məğlub etməyə çalışırsa, düşmənçilikdə bir tərəf digərini məhv etməyə çalışır. “Son şans” ifadəsi daha çox düşmənçilik mühitinin leksikonuna uyğun gələn ifadədir".

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.