• Rus Dili
  • Reklam
    » » “Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir
    

    “Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir

    3-10-2017, 21:20
    Oxunub: 169
    Şərhlər: 0
    Çap versiyası
    “Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir

    ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.

    Məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdır. “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdur və haradan gəlib”, - nəşr yazır.

    “Bu il Azərbaycan çempionu “Qarabağ” həmin klublardandır. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul edib. 2:1 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı.

    Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidir”, - “Stratfor” vurğulayır. Daha sonra Amerika nəşri “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini çatdırır.

    "Qarabağ" Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycanın böyük uğrudur. Bütün dünyada onlarla milyon azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu isə anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”, - məqalədə deyilir.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.