• Rus Dili
  • Reklam
    » » Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    

    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)

    28-09-2017, 23:55
    Oxunub: 230
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

    MN-dən musavat.com-a verilən məlumata görə, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

    Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

    Z.Həsənov N.Caniklini Türkiyənin Milli müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək onun ilk rəsmi səfərinin məhz ölkəmizə etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib.

    Nazir bildirib ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir.


    Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.

    Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.

    Prezident İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan türkiyəli nazir dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.

    Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi (Fotolar)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.