“Qarabağ” “Çelsi” ilə qarşılaşma üçün Londona yola düşüb![]() Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”nin qonağı olacaq “Qarabağ” bu gün Bakı-London reysiylə İngiltərəyə yollanıb. Avropa.info xəbər verir ki, bu barədə məlumat klubun saytına yerləşdirilib. “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, saat 22:45-də start götürəcək. “Qarabağ”ın UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda komandanın “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də start götürəcək.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.