• Rus Dili
  • Reklam
    » » Siyasətdə durğunluq nə zaman bitəcək?
    

    Siyasətdə durğunluq nə zaman bitəcək?

    6-09-2017, 19:28
    Oxunub: 466
    Şərhlər: 0
    Çap versiyası
    Siyasətdə durğunluq nə zaman bitəcək?
    Tural Abbaslı: “Yaxın aylardan aktiv siyasi dönəmə qədəm qoyacağıq”. Əli Əliyev: “Təəssüf ki, müxalifət savad nümayiş etdirmir”

    Ölkənin siyasi həyatında nəzərəçarpacaq dərəcədə durğunluq müşahidə edilir. Siyasi həyatda müşahidə olunan durğunluq, siyasi təşkilatların qeyri-aktivliyi müxtəlif amplualarda təhlil olunur. Sanki hamı bu vəziyyəti kənardan izləməyə məhkum edilib. Azərbaycan siyasətində 20 ildən artıqdır mövcud olan müxalif siyasi partiyaların illər öncəki aktivliyindən əsər-əlamət qalmayıb. Ölkədə tək ənənəvi müxalifət partiyaları yox, bütün partiyalar demək olar siyasi durğunluq içərisindədir. Bu passivlik hətta hakim partiya olan YAP-da da müşahidə olunur.
    Bəs Azərbaycanda siyasi həyatda durğunluq nə zaman kimi davam edəcək?


    Siyasətdə durğunluq nə zaman bitəcək?

    AĞ Partiyanın başqanı Tural Abbaslı bildirdi ki, siyasi durğunluq növbəti prezident seçkilərinin startı ilə aradan qalxacaq: “Buraya son zamanlar hakimiyyətdaxili məsələləri və bunların fonunda yaranacaq yeni siyasi durumu da əlavə etsək əminliklə deyə bilərik ki, yaxın aylardan etibarən kifayət qədər aktiv siyasi dönəmə qədəm qoyacağıq. Ümid edirəm ki, bu seçkilər digər seçkilərdən aktivliyinə və nəticələrinə görə fərqlənəcək. Belə ki, yeni dünyanın yeni çağırışlarına cavab verə biləcək yeni siyasi münasibətlərin formalaşması zamanı çatıb. Unutmayaq ki, neftin qiymətinin və hasilatının kəskin şəkildə aşağı düşməsi şəraitində ölkəni əvvəlki şərtlər və siyasi münasibətlərlə idarə etmək mümkün olmayacaq. Son dönəmlər hakimiyyət daxili baş verən bəzi siyasi gedişləri analiz edəndə görürük ki, bunu hakimiyyət daxilində qəbul edənlər də az deyil. İstənilən halda istər siyasi aktivlik istərsə də siyasi passivlik hökm sürsün, əsas odur ki, vətənimiz, millətimiz üçün xeyirli nədirsə o olsun”.

    Partiya başqanı hesab edir ki, siyasi həyatda durğunluğun əsas səbəbi xalqın siyasi proseslərdən çəkilməsidir. Siyasi səhnənin əsas aktyoru olmalı olan xalq siyasətə, siyasətçilərə, siyasi proseslər vasitəsi ilə nələrinsə dəyişə biləcəyinə inamını itirib. Xalqın iştirakı olmadan isə hansısa siyasətdən ümumiyyətlə danışmaq gülüncdür: “Əslində biz bu məsələdə xalqın inamının ölməsində kimin daha çox günahı var məsələsini araşdırmalıyıq. Bu məsələdə isə məncə hər iki cinahın-müxalifətin və iqtidarın günahı kifayət qədərdir”.

    Siyasətdə durğunluq nə zaman bitəcək?

    VİP sədri Əli Əliyev bildirdi ki, siyasətdə bataqlıq vəziyyətini xatırladan susqunluq getdikcə aradan qalxacaq. Vəziyyət ümidsiz deyil: “İqtidara indiki dəngəni qorumaq üçün xeyli vəsait lazımdır. Həmin maliyyə axınları artıq 2 ildir ki, tükənib. İndiki şəraitdə hakimiyyət islahatlara getməyə məhkumdur. İslahatlar isə ya obyektiv şəkildə ölkənin simasını dəyişəcək, ya da ki, hakimiyyəti dəyişəcək. Yaşlı nəsil belə dəyişikliyi bir dəfə yaşayıb. Hakim qüvvə tarixi məsuliyyətini dərk edib, düzgün davranmalıdır. Vəziyyəti davamlı şəkildə dondurmaq mümkün deyil. Qarşıda gələn prezident seçkilərində namizəd, onunla da bütün fəlsəfə dəyişməlidir. Həmin islahatlar nəticəsində ölkənin müqəddəratı müəyyən olunacaq. Təəssüf ki, müxalifət bu ağır dönəmdə savad nümayiş etdirmir. Belə vəziyyətdə müxalifətin konsolidasiyası prosesi YAP monopoliyasından çıxarar, beynəlxalq səviyyədə diqqəti Azərbaycana yönəldərdi. İçi biz qarışıq vəzifəmizin öhdəsindən gələ bilmirik. Təəssüf... Belə şəraitdə müxalifət yalnız statist ola biləcək. Qarşıda zaman var. İnanaq ki, müxalifətin vahid platforma formalaşdırmaq funksiyası icra olunacaq”.

    Etibar SEYİDAĞA (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.