• Rus Dili
  • Reklam
    » » Müstəmləkə Aydınları
    

    Müstəmləkə Aydınları

    4-09-2017, 21:04
    Oxunub: 962
    Şərhlər: 0
    Çap versiyası
    Müstəmləkə Aydınları

    Rəvan Şirvani.
    Ağ Partiya başqanının İdeoloji məsələlər üzrə müşaviri



    Avroplalılar yurdumuza gəldikləri zaman onların əllərində İncil ,
    bizim əlimizdə isə torpaqlarımız vardı.
    Bizə gözlərimizi yumaraq dua etməyi öyərtdilər.
    Gözlərimizi açdığımızda bizim əlimizdə İncil,
    onların əllərində isə torpaqlarımız vardı.

    Kenu Kenyattu
    Kenyanın Qurucu Dövlət Başqanı


    Müstəmləkə anlayışı, sadə bir ifadəylə bir dövlətin başqa dövlətləri, xalqları, cəmiyyətləri siyasi və iqtisadi hökümranlığı altına almasıdır. Dünya ilk sistemli müstəmləkə anlayışı ilə Avropada ortaya çıxan ilk coğrafi kəşflərlə tanış oldu. Daha sonra 19-cu əsrdə planlı şəkildə ikinci dövr ilə davam etdi.
    Müstəmləkə təfəkkürünə əsasən, hökümranlıq altına alınan xalqların bütün resursları zəbt olunmaqla bərabər onların sosial, kultural və dini dəyərləri də təzyiq altında saxlanılırdı. O dövrdə, xalqları təzyiq altında saxlayan güc isə sənaye inqilabı ilə əldə olunan texnoloji üstünlük idi. Sadə dildə desək, silah gücü ilə xalqlar üzərində hökmranlıq qurulub maddi resursları istismar olunaraq Avropaya daşınırdı. Nəticədə dünyanın çox az bir qisminin (Qərb) yüksək dərəcədə inkişaf etməsinə, qalan qisminin isə müstəmləkə səbəbiylə aclıq və səfalət içində yaşamasını ortaya çıxardı.

    Renesansla (Aydınlanma) mərkəzinə “Tanrı”-ı deyil, guya “insan”-ı yerləşdirmiş bir təfəkkür birdən-birə “başqa insanların (istismar olunan) fəlakəti üzərinə digərlərinin (istismar edən) rifahı” prinsipi ilə işləməyə başladı.
    Aradan əsrlər keçməsinə və insanoğlunun hər sahədə “inkişaf” etməsinə baxmayaraq modern dönəmdə də müstəmləkə anlayışı davam etməktədir.
    İndi daha mürəkkəb, daha təhlükəli və xalqlar nəznində daha gec, çətin anlaşıla bilən formatda aparılan müstəmləkə fəaliyyətləri mövcuddur.

    Keçmişdə silah və güc ilə olunan hökümranlıq indi müstəmləkə aydınları vasitəsiylə mədəni və zehni işğal prosesi ilə aparılır.

    -Müstəmləkə aydınları, bir ölkənin oxuyan və yazan kütləsindən bir qismidir. Bu qisim öncə təhsil, araşdırma, praktika, QHT, media, yazar, çizər və s nümayəndəsi kimi yetişdirilərək tam istifadəyə hazır hala gətirilir. Daha sonra istismara buraxılaraq xalqın mədəni və zehni işğalına yönəlik fəaliyyətə başlanılır.

    -Müstəmləkə aydınları, qərbin “həqiqət” dediklərinə asanlıqla təslim olanlardır. Ona görə durmadan riyakarlıq nümunəsi sərgiləyirlər. Məsələn: Türkiyədə olan antidemokratik xunta cəhdinə qarşı müqavimət göstərən və demokratik olaraq seçilmiş bir rəhbər diktator olaraq görülərkən Misirdə antidemokratik xunta ilə hakimiyyəti zəbt etmiş bir rəhbər demokratik görülə bilir.

    -Müstəmləkə aydınları, Qərb qarşısında aşağılıq kompleksini yaşayanlar olduğu üçün Qərbdən gələn hər şeyi sorğusuz-sualsız qəbul edənlərdir. Məhz buna görə öz ölkələrində baş verən bir hadisəyə münasibətdə reakativ, suçlayıcı, eyni hadisənin Qərb variantında isə proaktiv və hümanist olabilirlər.

    -Müstəmləkə aydınları, ölkəmizin maddi-mənəvi dəyərlərini, təcrübələrini qəbul etməyən və hətta bunları azadlıq, insan haqqları, demokratiya, plüralizm qarşısında ən böyük əngəl olaraq görənlərdir. Məsələn: Ailə institutu insanların fikir azadlığı qarşısında ən böyük əngəl mexanizmidir.

    -Müstəmləkə aydınları, öz xalqı kimi hiss etməyən və düşünməyən kütlədir. Onun üçün xalqdan uzaq olurlar və xalqın öncəliklərinin bilmirlər. Məhz buna görə öz uğursuzluq və uğursuzluqlarını insanların qorxaqlığına, savadsızlığına, cəsarətsizliyinə bağlayırlar.

    -Müstəmləkə aydınları, öz mədəniyyətindən nifrət edən və Qərbə platonik aşiq olan KÜTlədir. Məsələn: Yazar-çizərlərdən biri, atasının anası üzərindəki heyvana vurulan abort- iynə əməliyyatını anladıb bunu ümumi ailə- məişət münasibəti kimi mövqeləndirərək bir mədəniyyət göstəricisi kimi təqdim edə bilir. Şəxsən platonik aşiq olduqları Qərbə görə , öz atasının anormallığını, heyvanlığını ümumu hər kəsə şamil etmək ədalətli deyildir.

    -Müstəmləkə aydınları, öz məsələlərinə belə Qərbin perspektivindən baxan qruplardır. Məhz ona görə, əllərində və başlarında heç bir analiz, rəqəm və araşdırma olmadan daima “azad və ədalətli” sistem gətirmə şüar və sloqanlarınını səsləndirirlər.

    -Müstəmləkə aydınları, yenilikçi deyil, təqlidçiləridir. Onalara görə, orjini Qərb olan və hətta rəf ömrü bitmiş fikir belə olsa yenilikdir və mühakimə edilmədən qəbul edilməlidir. Mühakimə edib, onlara qarşı çıxanlar isə yalnız təqlidçidirlər.

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.