• Rus Dili
  • Reklam
    » » Həsən Ruhani: İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var
    

    Həsən Ruhani: İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var

    7-08-2017, 01:36
    Oxunub: 266
    Şərhlər: 1
    Çap versiyası
    Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
    Həsən Ruhani: İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var
    agxeber.com APA-ya istinadən xəbər verir ki, H.Ruhani görüşdə bildirib ki, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata bilər.
    İran prezidenti deyib ki, iki ölkə arasında iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Bu sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.
    Terrorizm təhlükəsindən danışan H.Ruhani terroristlərin İraqda və Suriyada məğlubiyyətə uğradıqdan sonra regionun digər bölgələrinə yayılmaq ehtimalının olduğunu qeyd edib: “Ona görə hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.
    Dağlıq Qarabağ münaqişəsinə toxunan İran prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq. Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.
    Ermənistan-İranla əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sərkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    Düz deyir. Çünki ermeni dığaları ile ermeni dığaları eyni köke ve eyni millete malikdirler. rus dığasından, ingilis dığasından, fransız dığasından, yahudi dığasından, fars dığasından ve ermeni dığasından Türke dost olmaz. Özünü müseliman adlandırıb kafirle ele - ele verib görüşen bezi haramzade dövlet başçıları özleride kafirdiler.
    Eger dığa fars dövlet başçısı, menim torpağlarımı işğal eden bir kafir dövletinin başçısı ile görüşürse, demeli o hemin dığa dövlet başçısı Hesen Ruhaniyanda kafirdende kafir ve dinsizdir.
              1
    комментариев публикаций