Maşallah Əhmədovla bağlı yeni xəbər – Həbs müddəti kəskin azaldıldı
Veteran futbolçu Maşallah Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
![]() agxeber.com Lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, M.Əhmədovun barəsində olan 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası dəyişdirilərək 2 ilə endirilib. Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.