• Rus Dili
  • Reklam
    » » Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib - Foto
    

    Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib - Foto

    22-07-2017, 00:03
    Oxunub: 169
    Şərhlər: 0
    Çap versiyası
    Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.
    Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib - Foto


    agxeber.com -un APA-nın Rusiya bürosuna istinadən verdiyi məlumata görə, görüşdə V.Putin görüşün mövcud regional problemlərin həllinə axtarılmasına yardım edəcəyinə ümid etdiyi söyləyib.




    "Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarını axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarına çox şadam", deyə Rusiya prezident azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.

    Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyi söyləyib: "Biz münasibətlərimizin yüksək səviyyəsində məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə aktiv əməkdaşlıq edirik, nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var".

    Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.
    agxeber.com
    Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib - Foto
    Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib - Fotoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.