Gürcüstanda "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.
![]() ağxeber.com-un "Report"a istinadən məlumatına görə, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb. Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib. Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.