• Rus Dili
  • Reklam
    » » "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    

    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)

    19-07-2017, 01:15
    Oxunub: 194
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    Musavat.com xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşır. Əslində Tiflisdəki səfər görüşü formal xarakter daşıyır. Buna səbəb ilk oyunun nəticəsidir. Bakıda qonaqların qapısından 5 cavabsız qol keçirən Ağdam klubu demək olar ki, cütün taleyini həll edib.
    Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələrinin qarşısında yenə çətin vəzifə durur. Gürcüstan çempionu ilə ikinci görüşü zədə və cəzasız başa vurmaq, üstəlik reytinq savaşı aparmaq lazımdır.

    Bu matçdakı qələbə həm ölkəmizin reytinqi, həm də “Qarabağ”ın öz imici üçün önəmlidir. Bu səbəbdən çempionumuz rəqib meydanına Azərbaycanın hesabına daha 0,250 xal əlavə etmək üçün çıxıb.

    Hazırda keçirilən oyun gərgin idman mübarizəsi şəraitində davam edir. İlk dəqiqələrdə meydan sahibləri fəallıq göstərsələr də "Qarabağ" tezliklə təşəbbüsü ələ alıb və cərimə zərbəsindən hesabı açıb. Qolu matçın 22-ci dəqiqəsində "Qarabağ"ın haitili legioneri və yeni transferi Donald Gerye vurub. Komanda ilə ikinci rəsmi matçına çıxan futbolçu artıq 2 qola imza atıb.

    Çempionlar Liqası
    II təsnifat mərhələsi, cavab oyunu
    18 iyul
    “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1
    Qol: Gerye, 22

    Baş hakim: Srcan Yovanoviç
    Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
    Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
    UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
    Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
    Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
    İlk oyun – 0:5

    “Samtredia”: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Manjqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolazi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 80. İnters Qui
    Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivilişvili, 14. Davit Jikiya, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Giqla Burkadze, 77. Quram Samuşia

    “Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Qerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov
    Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniye

    ***

    Musavat.com xəbər verir ki, "Qarabağ" “Samtredia” oyunu başa çatıb və hesab dəyişməyib. Komandamız Gürcüstanın paytaxtı Tiflisdə keçirilən oyunda 1:0 hesablı qələbə qazanıb.



    Məhəmməd Türkmən
    Musavat.com
    Fotolar müəllifindir
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)
    "Qarabağ" qələbə qazandı - FOTOLAR (Yenilənib)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.