Ərdoğanla Elçibəyin Bakıda üz-üzə görüşü – TARİXİ VİDEO![]() Turkustan.info saytı sizə tarixi bir məqamın video görüntüsünü təqdim edir: Elçibəy və Ərdoğan bir arada. Çağdaş Türkiyə siyasətinin əfsanəvi isimlərindən, dövrün Rifah Partiyasının sədri, mərhum Nəciməddn Ərbakan 1992-ci ilə böyük bir heyətlə Bakıya gəlir. Ərbakan və heyəti Bakıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilir. Azərbaycan-Türkiyə münasibətlərinin, bütövlükdə İslam dünyasının problemlərinin açıq şəkildə müzakirə edildiyi görüşdə Ərbakanın yanında – müavini Rəcəb Tayyib Ərdoğan əyləşib (Açıq mavi rəngli kostyumda). Uzun sürən, bütün mətləblərin açıq danışıldığı görüşün sonunda heyətin adından Əbülfəz Elçibəyə hədiyyələrin verilməsinə keçilir. Bu zaman Ərbakan yanında oturan müavininə – Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edir. Ərdoğan Elçibəy üçün məxsusi olaraq gətirilmiş hədiyyələri təqdim edir. Hədiyyələrdən birinin “Qurani-Kərim” olduğu anlaşılır. Turkustan.info olaraq həmin anları özündə əks etdirən video kadrı təqdim edirik:
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.