• Rus Dili
  • Reklam
    » » Afrində PKK/PYD-nin tamamilə məhv edilməsinə saylı günlər qaldı – Türkiyə ordusunun yeni Suriya əməliyyatının vaxtı dəqiqləşdi
    

    Afrində PKK/PYD-nin tamamilə məhv edilməsinə saylı günlər qaldı – Türkiyə ordusunun yeni Suriya əməliyyatının vaxtı dəqiqləşdi

    4-07-2017, 00:08
    Oxunub: 312
    Şərhlər: 0
    Çap versiyası
    Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə qarşı əməliyyatın başlamasına saylı günlər qalıb.
    Afrində PKK/PYD-nin tamamilə məhv edilməsinə saylı günlər qaldı – Türkiyə ordusunun yeni Suriya əməliyyatının vaxtı dəqiqləşdi


















    Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə qarşı əməliyyatın başlamasına saylı günlər qalıb.
    Avropa.info xəbər verir ki, Türkiyə Rusiyanın bölgədən çəkilməsindən sonra, PKK-nın Suriya qolu YPG-nin işğalındakı işğalındakı Afrini top atəşinə tutub.
    Strategiya mütəxəssisi, təqaüddə olan general-mayor Nəim Babüroğlu “Yeni Akit” qəzetinə açıqlamasında Türkiyənin qısa müddətdə Afrində quru qoşunları ilə hərbi əməliyyatlara başlayacağını deyib.
    “Afrini 2012-ci ildə PKK-nın Suriya qolu YPG işğal edərək sözdə “təhlükəsizlik bölgəsi” elan edib. Eyni zamanda Mənbiç də 2016-ci ildə işğal edilib. Bu iki YPG işğalındakı region Fəratın qərbində yerləşir. Afrin həm Hatay, həm də Kilislə sərhəddir.Amanos dağlarında PKK-çıların ən çox dəstək aldığı yer buradır. Bu səbəbdən Afrində PKK/YPG-nin olması Türkiyə üçün təhdidddir.
    İndi Suriyanın şimalında “PKK dəhlizi” planı var. “Fərat Qalxanı” əməliyyatı ilə bu dəhliz bölündü, ancaq eyni zamanda bu dəhlizin hədəfində Mənbiç və Afrin də vardı. Bu bölgələrə yerləşən ABŞ və Rusiya faktoruna görə, Türkiyə bu iki regiona hərəkat edə bilmədi. İndi isə ABŞ-ın YPG ilə birlikdə apardığı Rakka əməliyyatı Türkiyə üçün bir fürsət kimi dəyərləndirilə bilər.
    Rusiyanın Afrindən çəkilməsinin bir neçə səbəbi var. Rusiya, Rakka əməliyyatı ilə bərabər YPG-nin ABŞ-a çox yaxınlaşdığının fərqinə vardı. Digər tərəfdən, Rakkadan sonra ABŞ/YPG-nin hədəfi Deyrezor kimi olacaq . Deyrezor Rusiya ilə birlikdə Əsəd rejiminin ələ keçirmək istədiyi bir bölgədir. Bundan sonra, Rusiya Türkiyə ilə əməkdaşlığın Afrin məsələsinə də şamil edilməsinə razı oldu.

    Bununla yanaşı, prezidenti Rəcəb Tayyib Ərdoğanın 7-8 iyul tarixlərində keçiriləcək Almaniyadakı G20 Zirvəsində keçirəcəyi görüşlər əməliyyatın başlanması üçün böyük əhəmiyyətə malikdir” deyə general qeyd edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.