• Rus Dili
  • Reklam
    » » “Seyid vəsiqəsi” verən qazı cəzalandırıldı
    

    “Seyid vəsiqəsi” verən qazı cəzalandırıldı

    21-06-2017, 17:00
    Oxunub: 220
    Şərhlər: 0
    Çap versiyası
    “Seyid vəsiqəsi” verən qazı cəzalandırıldı


    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun “Seyid vəsiqəsi” verməsi faktı ilə bağlı tədbir görülüb.

    Avropa.info APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

    Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: “QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib”.

    Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.