• Rus Dili
  • Reklam
    » » Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medalla təltif etdi – Foto
    

    Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medalla təltif etdi – Foto

    12-06-2017, 20:45
    Oxunub: 260
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medalla təltif etdi – Foto


    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolakla görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, general-polkovnik Z. Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.

    Öz növbəsində, S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.

    Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı S.Çolak Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.


    Azərbaycan Türkiyə Quru Qoşunları komandanını medalla təltif etdi – Foto


    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.