• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı Gözəl Bayramlının həbsinə münasibət bildirdi.
    

    AĞ Partiya başqanı Tural Abbaslı Gözəl Bayramlının həbsinə münasibət bildirdi.

    27-05-2017, 15:31
    Oxunub: 603
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı Gözəl Bayramlının həbsinə münasibət bildirdi.
    AĞ Partiya başqanı Tural Abbaslı : Dünən axşam saatlarında Azərbaycan Respublikası Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları AXCP-nin sədr müavini Gozel Bayramlinı saxlayıblar və ona qarşı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
    Mən həm öz adımdan həm də təmsil etdiyim AĞ Partiya adından bəyan edirəm ki, biz bu cinayət işini saxta və qurama hesab edirdik. Məsələyə hansı don geyindirilməyindən asılı olmayaraq bu həbsi sifarişli siyasi həbs hesab edirik. Bu həbs hakimiyyətin öz siyasi rəqiblərinə qarşı düşmən münasibətinin ən çılpaq və aşkar nümunəsidir. Məsələni daha da acınacaqlı edən digər bir tərəfi isə hakimiyyətin milli-mənəvi dəyərlərə və əsasən də türk-islam dəyərlərinə zidd olaraq bir xanımdan qisas almaq cəhdidir.
    Belə hərəkətlər cəmiyyətdə pis nümunə yaratmaqla yanaşı, həm də hakimiyyətlə xalq arasında yaranan uçurumu daha da dərinləşdirir və düşmənçilik həddinə çatdırır. Heç bir sağlam məntiqə, ağıla və dəyərlərə söykənməyən belə naşı addımlar geri dönülməsi mümkün olmayan nəticələrə gətirib çıxıra bilər.
    Bütün sadalananları nəzərə alaraq hakimiyyətdə təmsil olunan və hələ də sağlam məntiqlərini itirməmiş şəxslərə səslənərək, həyatının böyük hissəsini Azərbaycanda demokratiyanın bərqərar olmasına sərf etmiş Gözəl xanımı dərhal azadlığa buraxmalarına, eyni zamanda Azərbaycanı beynəlxlaq aləmdə ağır vəziyyətə salacaq bu hadisənin təşəbbüskar və baiskarlarını cəzalandırmağa çağırırıq.
    Tural Abbaslı məlum həbslə bağlı bir maraqlı məqama da toxunub : Düşünürəm ki, Gözəl Bayramlının saxlanılması və barəsində həbs qətimkan tədbiri seçilməsi müxalifət daxili növbəti irimiqyaslı həbs dalğasının başlanğıcıdır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.