• Rus Dili
  • Reklam
    » » Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar
    

    Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar

    4-05-2017, 14:44
    Oxunub: 251
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar
    Türkiyə prezidenti: “Danışıqların nəticələrini bir neçə gündən sonra görəcəksiniz”; “İki ölkə arasında münasibətlər xüsusi status əldə edir və tam bərpa olunur”

    Mayın 3-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. “Report” bildirir ki, görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.

    R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb.
    Həmin görüşün sona çatmasından sonra hər iki prezident mətbuat konfransı keçirib.

    “Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək”. Trend.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında bildirib.

    Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşündə maraqlı anlar yaşanıb.

    "RİA Novosti" xəbər verir ki, liderlər Rusiya prezidentinin "Boçarev ruçey" iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.
    Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və “səninkilər işləmək istəmirlər”, - deyə həmkarı Ərdoğanla zarafatlaşıb...

    “Ərdoğan-Putin görüşünü iki ölkə arasında 2015-ci ilin məlum təyyarə hadisəsindən sonra pozulan əlaqələrin bərpası istiqamətində atılan növbəti addım kimi qiymətləndirmək olar”. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.