• Rus Dili
  • Reklam
    » » Dövlət himni haqqında - Dəyişiklik
    

    Dövlət himni haqqında - Dəyişiklik

    31-03-2017, 20:15
    Oxunub: 171
    Şərhlər: 0
    Çap versiyası
    Dövlət himni haqqında - Dəyişiklik
    Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"də dəyişiklik ediləcək.

    Əsasnamənin 6-cı maddəsində əsasən, hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. Bu maddədəki "milli təhlükəsizlik" sözləri "dövlət təhlükəsizlik və xarici kəşfiyyat" sözləri ilə əvəz edilir.

    Eyni məzmunlu dəyişiklik Əsasnamənin 10-cu maddəsində edilir. Azərbaycan Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycanın idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. Bu maddədə də "Milli təhlükəsizlik" sözü "dövlət təhlükəsizlik və xarici kəşfiyyat" sözü ilə əvəz ediləcək.
    Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

    2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (axar.az)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.