• Rus Dili
  • Reklam
    » » TRT-dən “Kurtlar Vadisi Pusu” açıqlaması
    

    TRT-dən “Kurtlar Vadisi Pusu” açıqlaması

    6-03-2017, 14:05
    Oxunub: 431
    Şərhlər: 0
    Çap versiyası
    TRT-dən “Kurtlar Vadisi Pusu” açıqlaması
    Türkiyənin ən reytinqli serialları sırasında olan "Kurtlar Vadisi Pusu"nun TRT 1-də yayımlanacağı barədə xəbərlərə telekanal rəsmisi aydınlıq gətirib.

    Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Milliyyət” qəzetinin yazarı Ali Eyüboğlu telekanalın müdir köməkçisi İbrahim Eren ilə serial haqda danışdığı barədə öz köşəsində məlumat verib: “2007-ci ildə “Show TV”də başlayan, “Star TV”, “TNT”, “ATV” və son olaraq Kanal D-də yayımlanan “Kurtlar Vadisi Pusu” serialının aqibəti necə oldu? 10 ildir ki, ekranlarda olan və yüksək reytinqli serial “Kurtlar Vadisi Pusu” yüksək xərci səbəbiylə bu mövsüm özünə telekanal tapa bilmədi. Qısa bir müddət əvvəl “Pana Film” ilə TRT arasında danışıqların aparıldığı, tərəflərin razılığa gəldiyi haqda xəbərlər yayıldı. “Kurtlar Vadisi Pusu” serialı TRT-də” xəbəri xeyli əks-səda doğurdu. Sizlərdən gələn "Bu xəbər doğrudurmu?" mesajların üzərinə mən də eyni sualı TRT-nin müdir köməkçisi İbrahim Erenə ünvanladım. Erenin cavabı qısa və dəqiq idi: "Xəbər doğru deyil. Bu barədə görüşümüz belə, olmayıb”. Sentyabra çox var. O vaxta kimi nə olar, bilmirəm, amma vəziyyət hələlik belədir”.

    Qeyd edək ki, Türkiyə mətbuatı serialın sentyabrdan TRT-də yayımlanacağı barədə xəbərlər yaymışdı.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.