• Rus Dili
  • Reklam
    » » “Almaniya terrorçuların sığınacağı halına gəlib” – Türkiyənin ədliyyə naziri
    

    “Almaniya terrorçuların sığınacağı halına gəlib” – Türkiyənin ədliyyə naziri

    3-03-2017, 16:40
    Oxunub: 328
    Şərhlər: 0
    Çap versiyası
     “Almaniya terrorçuların sığınacağı halına gəlib” – Türkiyənin ədliyyə naziri
    “PKK, FETÖ, DHKP-C üzvləri; Türkiyəyə qarşı cinayət törədən kim varsa Almaniya bu gün onların sığınacağı halına gəlmişdir.”

    Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Almaniya hökumətinin Türkiyəyə qarşı son addımlarına münasibət bildirərkən deyib.

    Bozdağ PKK, FETÖ, DHKP-C kimi terror təşkilatlarının və ümumiyyətlə Türkiyənin əleyhinə cinayət törədən hər kəsin Almaniyaya sığındığını, çevrilişə cəhd edənlərin də məhəz bu ölkəyə qaçdığını deyib.
    Nazir Almaniyada iştirak edəcəyi proqramın ləğv edilməsinə dair isə bunları bildirib:”Çox dəqiq bir şəkildə görünür ki, bu bələdiyyə səviyyəsində atılan bir addım deyil. Bu qərar qalmaqallı, diplomatik nəzakətə zidd bir qərardır.”

    Həmçinin Türkiyənin Almaniyadan alacağı demokratiya dərsi olmadığını vurğulayan Bozdağ sözlərinə belə davam edib:
    “Dönüb tarixlərinə baxsınlar. Köhnə xəstəliklərin xartladığını görürük. O xəstəlikləri müalicə ilə məşğul olsunlar. Əgər o xəstəlikləri müalicə etməsələr qorxuram ki, bu gün Türkiyənin ədliyyə nazirinin Almaniyada çıxışına icazə verməyənlər, özləri də haçansa öz torpaqlarında danışa bilməsinlər.”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.