• Rus Dili
  • Reklam
    » » Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 33 terrorçusunu məhv edib
    

    Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 33 terrorçusunu məhv edib

    5-02-2017, 12:51
    Oxunub: 348
    Şərhlər: 0
    Çap versiyası
     Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 33 terrorçusunu məhv edibTürkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatının 166-cı günündə Suriyanın şimalında terrorçuların mövqelərinə 259 zərbə endirib.

    "Report" Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

    Məlumata görə, zərbələr nəticəsində 33 İŞİD terrorçusu məhv edilib. Xəbərdə həmçinin bildirilir ki, "Fərat qalxanı" əməliyyatının başlandığı gündən bu günə kimi 228 yaşayış məntəqəsini əhatə edən 1880 kvadrat kilometr ərazi terrorçulardan azad olunub.

    Həmçinin əməliyyat çərçivəsində ümumilikdə 2156 İŞİD terroçusu və PKK-nın Suriya qanadı olan PYD-nin 321 terroçusu məhv edilib. Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı Suriyanın şimalında ötən il avqustun 24-dən davam edir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.