• Rus Dili
  • Reklam
    » » Azərbaycan respublikası milli valyutasının devalvasiyasında Ərəbistanın rolu.
    

    Azərbaycan respublikası milli valyutasının devalvasiyasında Ərəbistanın rolu.

    12-02-2016, 18:42
    Oxunub: 642
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan respublikası milli valyutasının devalvasiyasında Ərəbistanın rolu.
    Azərbaycan respublikası milli valyutasının devalvasiyasında Ərəbistanın rolu.
    Ərəbistanın Azərbaycan respublikası ilə əlaqədar iqtisadi və siyasi funksiyası bu ölkəyə ciddi ziyan vurmuş və onun pulunun devalvasiyasına səbəb olmuşdur
    Azərbaycan respublikası xarici işlər nazirliyinin keçmiş işçisi Arif Məmmədov BBC-yə verdiyi müsahibəsində bildirmişdir ki, Ərəbistanın Azərbaycan respublikası ilə əlaqədar iqtisadi və siyasi funksiyası bu ölkəyə ciddi ziyan vurmuş və onun pulunun devalvasiyasına səbəb olmuşdur.

    Avropaya sığınan Arif Məmmədov artırmışdır: Azərbaycan respublikası prezidentinin ötən yay Ərəbistana səfəri neftin ucuzlaşmasını müzakirə etmək üçün idi. Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasından ziyan görmüşdür. Avropa oyunlarına sərf olunan vəsait dövlət büdcəsini təzyiqə məruz qoymuşdur.

    O, sözlərinin davamında demişdir: Ərəbistan həmin səfərdə İlham Əliyev söz vermişdi ki, təkfirçi vahabilərin fəaliyyətinə şərait yaratmaq, şiə və İrana qarşı məhdudluq yaratma qarşılığında təmənnasız yardım edəcək və sərmayə qoyacaq. Həmin raporta əsasən bunlara baxmayaraq Azərbaycan respublikasının iqtisadi iflası manatın dollar qarşılığında 20 faiz düşməsinə səbəb olmuşdur.

    İlham Əliyev müsahibəsində bunu təkzib etmişdir. O bir ildən sonra öz səhvini etiraf etmiş və Ərəbistanla birlikdə çevriliş təşəbbüsündə olan və Rusiya ilə müharibə fikrində olan Eldar Mahmudovu işdən azad etmişdir. Nardaran hadisələri də İlham Əliyev digər səhvlərindən idi. Bu da Türkiyə və Ərəbistanın Azərbaycan respublikasına buraxdığı fikri çöküntülərin nəticəsidir. Zahirən şiə və müsəlman olan prezidentin vahabi Səudiyyəyə arxalanması və ötən bir il ərzində şiəliyə xəyanət etməsi gərgin bir şərait yaratmışdır. Ötən neçə gün ərzində manat dolların qarşısında 50 faiz düşmüşdür. Bu da ciddi iqtisadi problemlərə gətirib çıxarır.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.