• Rus Dili
  • Reklam
    » » Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi
    

    Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi

    7-01-2017, 23:40
    Oxunub: 382
    Şərhlər: 0
    Çap versiyası
    Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi
    Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

    Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

    Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.