• Rus Dili
  • Reklam
    » » Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11-ə çatıb
    

    Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11-ə çatıb

    26-11-2016, 00:00
    Oxunub: 323
    Şərhlər: 0
    Çap versiyası
     Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11-ə çatıb

    Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11 nəfər çatıb, 12 nəfər yaralanıb.

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Misirin Sinay yarımadasının şimalında, əl-Əriş şəhəri yaxınlığında silahlılar nəzarət-buraxılış postuna hücum edib.

    Bu gün hadisə yerində daha üç hərbçinin meyiti tapılıb. Ötən gün silahlıların hücumu zamanı nəzarət-buraxılış postunda minalanmış avtomobil partladılıb. Partlayışdan sonra atışma baş verib. Hücum zamanı postda 30-dək hərbçi olub. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

    Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında silahlı qruplaşmalara qarşı hərbi əməliyyatlar həyata keçirir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.