• Rus Dili
  • Reklam
    » » Azərbaycan manatı qəfil ucuzlaşdı (RƏSMİ)
    

    Azərbaycan manatı qəfil ucuzlaşdı (RƏSMİ)

    12-02-2016, 11:37
    Oxunub: 895
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan manatı qəfil ucuzlaşdı (RƏSMİ)

    Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.

    Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin fevralın 12-nə USD/AZN rəsmi məzənnəsi bahalaşaraq 1,5745 təşkil edib.

    Dünən dolların rəsmi məzənnəsi 1,5659 USD/AZN olaraq müəyyən edilmişdi. Artıq bir həftədən çox idi ki, manat dollar qarşısında hər gün möhkəmlənirdi.

    Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
    AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.