• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

“Qarabağ”ın futbolçusu Avropada həftənin ən yaxşısı seçilib

 “Qarabağ”ın futbolçusu Avropada həftənin ən yaxşısı seçilib
“Qarabağ”ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusu seçilib.

Bu haqda UEFA-nın rəsmi saytında məlumat verilib. Belə ki, azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaykos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Qeyd edək ki, “Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub. O, bu qollarla komandaya qrupdakı ilk qələbəsini qazandırıb. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================