• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Karpenter: 'Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunuq'

 Karpenter: 'Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunuq'
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

Musavat.com XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. O, bu ilin mart ayında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirib. Nazir ölkələrimiz arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini söyləyərək, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində həmsöhbətə məlumat verib.

Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================