• 17:46 – Müsavat Partiyası ittihamlara cavab verdi 
  • 14:04 – Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı 
  • 13:49 – "Xural"ın baş redaktorunun ölkədən çıxışı əngəllənib 
  • 21:14 – İŞİD lideri necə öldürülüb? Türkiyə ordusu da Amerikaya dəstək verib 

Budapeştdə erməni yalanlarını ifşa edən ''Tarixi həqiqətlərin izi ilə'' sənədli filmi təqdim edildi - video


Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filminin təqdimat mərasimi keçirilib.

Film qərb ve erməni alimlərinə istinadlar, ilkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilib.

Musavat.com xəbər verir ki, "Tarixi həqiqətlərin izi ilə" adlı silsilədə birləşdirilən iki filmin birincisi "İlk xristian ölkəsinin izi ilə" adlanır və ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları barəsində mifi tutarlı arqument və faktlarla təkzib edir. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir. " İrəvanda azərbaycançılığın i izi ilə" adlanan ikinci kinolentin saundtrekini bu film üçün xüsusi hazırlanmış "İrəvan" repi təşkil edir. Burada Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olması, burada türk-İslam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğu barədə bəhs olunur.

Film ingilis ve rus dillərində hazırlanıb, bu da maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır.

Təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak ediblər. (musavat.com)скачать dle 10.6фильмы бесплатно
Şərh yazın
  • Şərhlər
  • Bü gün
  • Oxunanlar
FreeCurrencyRates.com
==================================