• Rus Dili
  • Reklam
    » » Bakıda külli miqdarda saxta 100 dollarlıq tapıldı
    

    Bakıda külli miqdarda saxta 100 dollarlıq tapıldı

    1-02-2016, 14:44
    Oxunub: 699
    Şərhlər: 0
    Çap versiyası
    Bakıda külli miqdarda saxta 100 dollarlıq tapıldı
    01.02.2016

    796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən yaxalandı

    Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlanılıb.



    Aparılmış tədbirlərlə ona saxta əskinasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.



    Faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.



    Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

    mənbə :
    lent.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.