• Rus Dili
  • Reklam
    » » AĞ Partiyanın qurultayı təxirə salındı
    

    AĞ Partiyanın qurultayı təxirə salındı

    25-05-2016, 09:19
    Oxunub: 455
    Şərhlər: 0
    Çap versiyası
     AĞ Partiyanın qurultayı təxirə salındı
    Tural Abbaslı: “Qurultayımızı paytaxtın mərkəzindəki hotellərdə keçirmək istəyirik, amma...”
    Gələcək partiya sədri musavat.com-a partiya ilə bağlı planlarından da danışıb. Məlum olub ki, bu ayın sonunda qurultay keçirərək AĞ Partiyaya çevrilməyi planlaşdıran “AĞ blok”un planları təxirə düşüb. Səbəb qurultayın keçirilməsi üçün uyğun yerin tapılmamasıdır.

    “AĞ blok”un təsisçilərindən olan Tural Abbaslı məsələ ilə bağlı açıqlamasında bildirib ki, AĞ Partiyanın mayın 29-na planlaşıdırılan qurultayı olmayacaq. “”AĞ blok"un partiyaya çevrilməsi olaraq qurultay keçirməyi düşünmüşdük. Amma sonradan gördük ki, Vahid Azərbaycan Partiyasına üzv olmaq, onun qurultayını keçirmək və adını dəyişmək kimi prosedurlar olmalıdır. Proqram dəyişikliyi, nizamnamə dəyişikliyi, ad dəyişikliyi olacaq. Ona görə yeni situasiya yarandı.

    Həm də qurultayın təxirə salınmasının əsas səbəblərindən biri də qurultay keçirilməsi ilə bağlı məkan anlayışıdır. Məkan tapılmır. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməmişik. Amma əslində müraciət olunduğu təqdirdə belə, onlar hansısa yerləri göstərirlər. Kinoteatrları, mədəniyyət klublarını göstərib qeyd edirlər ki, bu yerlərdə qurultayın keçirilməsinə etiraz etmirik. Yəni nəticədə “gedin, özünüz həll edin” deyirlər. Əksər yerlər özəlləşdirilib, əslində Bakı Şəhər İcra Hakimiyyətindən siyasi razılıq alırsan.

    Bu günə qədər əksər qurultaylar Əmircan qəsəbəsində keçirilib. Ora şəhərdən çox aralıdır, insanların iştirakına problem yaradır. Bu gün siyasi məsələlərə maraq o qədər deyil, bütün bu nüanslar nəzərə alınmalıdır. Bu gün Bakıda müxtəlif, müasir tipli konfrans zalları var. Tanınmış hotellərin konfrans zalları var ki, orada tədbirlər keçirilir. Biz də belə etmək niyyətindəyik. Belə səliqəli məkanda qurultay keçirmək istəyirik.

    Bir neçə hotellə danışmışıq. Təəssüf olsun ki, həmin hotellər bu səpkili digər tədbirlərə, daha mübahisəli təşkilatlara belə yerlər ayırmalarına baxmayaraq, bizə gəldikdə, çəkingən davranırlar. Yer ayırmaq istəmirlər. Biz cəhdlərimizi davam etdirmək niyyətindəyik. Yenə də çalışacağıq ki, özəl sektorda olan müasir tipli zallardan hansınısa ödənişli şərtlətlə birgünlük kirayələyək və normal qurultay keçirək. Güman etmirəm ki, Azərbaycan hökumətinə indiki vəziyyətdə müxalif düşüncəli bir partiyaya yer ayırmamaq kimi bir imic sərf etsin.

    Düşünürəm ki, bu, həmin təşkilatların özfəaliyyətidir. Özlərini həddindən artıq sığortalamaq istəklərindən irəli gəlir. Ona görə qurultayı iyunun əvəvllərinə keçirməyi qərarlaşdırdıq. İyunun 5-i, yaxud 12-də, yəni istirahət günü qurultayımızı keçirəcəyik. Partiya olaraq rəsmi siyasi fəaliyyətə başlayacağıq".

    T.Abbaslı qeyd edib ki, qurultayda partiyanın rəhbərliyi, yəni müavinlər təyin olunmayacaq: “Məclis seçiləcək. Sonra Məclis öz toplantılarından birində sədrin müavinlərini və İdarə Heyətini seçəcək. Bizimlə olanların böyük əksəriyyəti rəhbərlikdə təmsil olunacaqlar”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.