• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı “Ağ blok”un siyasi partiyaya çevrilməməsinin səbəbini açıqlayıb
    

    Tural Abbaslı “Ağ blok”un siyasi partiyaya çevrilməməsinin səbəbini açıqlayıb

    17-05-2016, 18:55
    Oxunub: 820
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı “Ağ blok”un siyasi partiyaya çevrilməməsinin səbəbini açıqlayıb

    Bakı. Etibar Məmmədov - APA. “Vahid Azərbaycan Partiyasının sədri Kərrar Əbilov vəfat edib. Ona görə də partiyanın sədr postu boş qalıb”.

    Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Vahid Azərbaycan Partiyasının (VAP) üzvü Tural Abbaslı deyib.

    T. Abbaslı həmtəsisçisi olduğu “Ağ blok”un partiyaya çevriləcəyinə dair bəyanatlara baxmayaraq, VAP-da təmsil olunmaqla bağlı qərarın səbəblərini açıqlayıb.

    O bildirib ki, yeni partiya yaradılması işi çətin olduğundan belə bir addım atmağı qərara alıb: ““Ağ blok”un siyasi partiyaya çevrilməsi istiqamətində çalışırdıq. Bu da alternativlərdən biri idi ki, hansısa partiyaya üzv olub, orada siyasi fəaliyyətimizi davam etdirək. Partiyanı yenidən yaratmaq, onun qeydiyyata alınması çox çətin işdir. Hazır partiya varsa, təmsilçilik problem deyil. Bu baxımdan Vahid Azərbaycan Partiyasını daha məqbul hesab etdik. Ümumiyyətlə, Azərbaycanda 55 partiya qeydiyyatdan keçsə də, bunlardan təxminən 10-u siyasi fəaliyyətlə məşğuldur”.

    T. Abbaslı partiyanın qurultay məsələsinə də toxunaraq, bu istiqamətdə müzakirələr aparıldığını deyib: “Yaxın vaxtlarda qurultay haqqında ətraflı məlumat açıqlanacaq. Partiyanın sədr postu boş olduğundan qurultayda Vahid Azərbaycan Partiyasının sədrliyinə namizəd olacağam. Bu partiya əvvəllər siyasi səhnədə kifayət qədər aktiv olub. Əminəm ki, biz də öz fəaliyyətimizlə partiyanın güclənməsinə və Azərbaycan siyasi səhnəsində öz yerini tutmasına nail olacağıq”

    O qeyd edib ki, “Ağ blok” siyasi partiya olmadığı üçün fəaliyyətini davam etdirəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.