• Rus Dili
  • Reklam
    » » Sabiq nazirin məhkəməsinin vaxtı məlum olub
    

    Sabiq nazirin məhkəməsinin vaxtı məlum olub

    2-05-2016, 15:34
    Oxunub: 542
    Şərhlər: 0
    Çap versiyası
    Sabiq nazirin məhkəməsinin vaxtı məlum olub
    Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olmuş Nicat Qulyeivin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

    Bu barədə vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, iş baxılması üçün Ali Məhkəmənin hakimi Əli Seyfullayevin icraatına verib. Kassasiya şikayətinə mayın 25-də baxılacaq.

    Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

    Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.

    Sabiq xarici iqtisadi əlaqələr naziri 2004-cü ilədək Abxaziya prezidentinin müşaviri işləyib. Həmin ildə Azərbaycana qayıdan N.Quliyev bizneslə məşğul olub. O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı. (Lent.az)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.