• Rus Dili
  • Reklam
    » » Türkiyə XİN-dən İrəvana sərt mesaj
    

    Türkiyə XİN-dən İrəvana sərt mesaj

    2-04-2016, 23:20
    Oxunub: 1 622
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə XİN-dən İrəvana sərt mesaj

    Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliyə münasibət bildirib.

    AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada XİN şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfalar diləyərək, Ermənistanı atəşkəs rejiminə əməl etməyə və işğala son qoymağa dəvət edib.

    XİN-in bəyanatında bildirilib ki, yaranmış gərginliyə səbəb Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması, təcavüzkar mövqeyindən əl çəkməməsidir. `Təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi ilə bağlı məlum qətnamələrini yerinə yetirməlidir`.

    Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli həllinin tapılması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, həmçinin bu ölkənin xarici işlər və müdafiə nazirləri azərbaycanlı həmkarları ilə telefonla danışaraq şəhidlərə rəhmət diləyib, xalqımız və dövlətimizlə həmrəyliklərini ifadə ediblər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.