• Rus Dili
  • Reklam
    » » Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”
    

    Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”

    1-04-2016, 17:23
    Oxunub: 364
    Şərhlər: 0
    Çap versiyası
    Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”
    “Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların YAP-a görüşlə bağlı müraciətində konkret müzakirə mövzuları göstərilməyib”.

    Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi müxalif partiya rəhbərlərinin YAP-a müraciətində konkretlik yoxdur və bu haqda hər hansı sənəd təqdim edilməyib: “Konkret bir proqram, plan, layihə ortada yoxdur. Biz nəyi müzakirə edəcəyik?! Yeni Azərbaycan Partiyası və iqtidar istənilən məsələnin müzakirəsinə hazırdır. Bilirsiniz ki, YAP-ın tərkibində Dialoq Komissiyası fəaliyyət göstərir və buna da Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov rəhbərlik edir. Keçən il Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyətinin iştirakı ilə 4 dəfə görüş keçirilib, müxtəlif təkliflər irəli sürülüb və bunlar ardıcıl şəkildə müzakirə olunub. Amma hər bir müzakirənin əsasında bir sənəd dayanmalıdır. Məsələn, parlamentdə qanun layihəsi olmalıdır ki, onu müzakirə edəsən. Bu gün də hər hansı bir siyasi partiya, ya da koalisiya bir məsələ qaldırırsa, ekspertlərin hazırladığı konkret bir sənəd ortaya qoymalıdır ki, bununla bağlı müzakirə getsin. Yenə təkrar edirəm ki, ortada konkret məsələ olmalıdır. Təəssüflər olsun ki, onlar belə bir sənəd ortaya qoymayıblar”.

    Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət edib. Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “Ağ Blok” daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.