• Rus Dili
  • Reklam
    » » Azadlığa buraxılan Rauf Mirqədirovun açıqlaması: "Jurnalistika fəaliyyətimə davam edəcəm"
    

    Azadlığa buraxılan Rauf Mirqədirovun açıqlaması: "Jurnalistika fəaliyyətimə davam edəcəm"

    17-03-2016, 14:32
    Oxunub: 299
    Şərhlər: 0
    Çap versiyası
    Azadlığa buraxılan Rauf Mirqədirovun açıqlaması: "Jurnalistika fəaliyyətimə davam edəcəm"
    Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalistlə bağlı yekun qərar elan olunub.

    Həmin qərara əsasən, jurnalistə 5 il müddətinə şərti həbs cəzası verilib.

    Qərarın elan edilməsindən sonra o, məhkəmə zalından azadlığa buraxılıb.

    Azadlığa çıxdıqdan sonra Rauf Mirqədirov musavat.com-a açıqlama verərək, ilk təəssüratlarını bölüşüb: "Nə şirin sözdür azadlıq" deyə bir kitab xatırlayıram. Müəllifini unutmuşam. Mənim üçün azadlıq insanlar, sevdiklərim ailəm və dostlarımdır. Azadlığa çıxandan sonra jurnalistika fəaliyyətimə davam edəcəm. Mənim üçün azadlıq öz qayğıları, kədərləri, öz rəngarəngliyi olan insanlardır. Sizə bir şey deyim. Qızım mən həbsxanada olanda anasına deyib ki, gedək təcridxananı partladaq, atamı azad edək. Bu sevgi üçün yaşamağa dəyər. Həbsxanada olanda daha çox mütaliə edirdim. Çünki bu, məni yorurdu. Qəsdən edirdim ki, beynim yorulsun, başqa şeylər düşünməyim. Tək qalırdım, bu mütaliə məni xilas etdi. Əmin idim ki, günahsızam. Hətta bir dəfə "konfoy" məni məhkəməyə aparanda məndən soruşdu ki, maddən nədir? Dedim ki, dövlətə xəyanət... Soruşdu ki, dövlət qulluqçususan? Dedim xeyr, jurnalistəm. "Konfoy" dedi ki, "jurnalist hara, vətən xaini hara..?"

    Cavanşir ABBASLI,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.