• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı: “Anladıq ki, Müsavat daxilində demokratik mühit yaratmaq mümkün deyil”
    

    Tural Abbaslı: “Anladıq ki, Müsavat daxilində demokratik mühit yaratmaq mümkün deyil”

    9-03-2016, 18:50
    Oxunub: 685
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı: “Anladıq ki, Müsavat daxilində demokratik mühit yaratmaq mümkün deyil”























    Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının başqanı Arif Hacılı ilə partiya yaradacağımız barədə heç bir müzakirə aparmamışıq və düşünürəm ki, buna ehtiyac da yoxdur. Çünki bu məsələlər yekunlaşandan, partiyamızı yaratdıqdan sonra Müsavatdan istefa verəcəyik”.

    Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

    T. Abbaslı may ayında blokun partiyaya çevriləcəyini xatırladaraq, bu istiqamətdə təşkilati və texniki işlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, partiya yaratmaqda məqsəd heç də Müsavatı zəiflətmək, elektoratını parçalamaq deyil: “Bununla yanaşı, Müsavatdan istefa verib bizə qoşulan üzvləri partiyamıza qəbul edəcəyik. Partiyamıza təkcə Müsavatdan deyil, digər partiyalardan da qoşulanlar ola bilər. Kim bizimlə eyni düşüncədədir, siyasi mübarizə aparmaq niyyətindədirsə, partiyamızda təmsil oluna bilər. Ancaq xüsusi olaraq Müsavatdakıları partiyamıza cəlb etmək kimi planımız yoxdur”.

    O, Müsavat Partiyasında təmsil olunmasına baxmayaraq, yeni partiya təsis etməyinin səbəblərini də açıqlayıb: “Əslində, indiki durumda Azərbaycanda kifayət qədər siyasi partiya, təşkilat mövcuddur və yeni bir siyasi qüvvənin yaranmasına struktur baxımından bəlkə də ehtiyac yox idi. Amma biz çox çalışdıq ki, Müsavat daxilində öz mübarizəmizi aparaq. Təəssüflər olsun ki, qurultaydan sonra Müsavat daxilində yaranmış atmosfer heç bir halda buna imkan vermədi. Anladıq ki, partiya daxilində demokratik mühit yaratmaq mümkün deyil və bizim bu istiqamətdəki fəaliyyətimiz yalnız vaxt itkisidir. Buna görə də daxili intriqalara, rəqabətə ayıracağımız vaxtı hakimiyyətlə mübarizəyə ayırmaq üçün partiya yaratmaq qərarına gəldik. Qeyd etməliyəm ki, bu hansısa eqoist istəklərdən yaranmır, sadəcə özümüzə uyğun bir siyasi platforma yaratmaq niyyətindəyik”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.