• Rus Dili
  • Reklam
    » » Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək
    

    Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək

    9-03-2016, 08:42
    Oxunub: 492
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək
    SOCAR-ın Baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib. SOCAR Mətbuat Xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, mərasimdə qurumun prezidenti Rövnəq Abdullayev, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.
    SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərindən bəhs edib, mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirib. R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb edilib.

    “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirib ki, müqavilə çərçivəsində “SOCAR-KBR” və SOCAR mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT) - “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. O, “SOCAR-KBR” Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcəyini və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcəyini deyib. Daha sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalayıblar.

    Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, NQENKK kimi irimiqyaslı layihələrdə xidmət göstərir. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.
    Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək
    Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək
    Azərbaycan “Avro-5” standartlarında neft məhsuları istehsal edəcək
    anspress.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.