• Rus Dili
  • Reklam
    » » Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”
    

    Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”

    24-10-2019, 14:56
    Oxunub: 113
    Şərhlər: 0
    Çap versiyası
    Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”
    Türkiyənin Suriya uğuru Azərbaycanın əlini gücləndirir; “müstəqil Kürdüstan” layihəsi basdırılır, sıra “ikinci erməni dövləti” projesinə də çata, Ankara və Moskva Qarabağla bağlı da anlaşa bilər...
    Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya liderləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında kritik görüş bitdi. İki dövlət başçısı arasında Suriyaya dair aparılan müzakirələrin 6 saat sürməsi özlüyündə az şey demir. Və nəticə olaraq, 8 bəndlik anlaşma əldə edildi. Sənədə əsasən, terrorçu PKK/PYD qruplaşmaları şələ-külələrini götürüb Suriya-Türkiyə sərhədindən bir az da uzaqlaşmalıdır.

    Daha doğrusu, elə bir məsafəyə ki, qardaş ölkənin sərhədləri boyu bir daha “terror dəhlizi” təhlükəsi yaranmasın. Türkiyənin həmsərhəd bölgələrinin əhalisi PKK/PYD terrorunun təhdidi altında qalmasın. Paralel surətdə yaradılacaq təhlükəsizlik zonasına Türkiyədəki suriyalı qaçqınlar yerləşdirilsin.

    Bundan əvvəlki 13 bəndlik Türkiyə-ABŞ anlaşması da nəzərə alınarsa, qardaş ölkə artıq öz hədəflərinə çatmış sayıla bilər. Təsadüfi deyil ki, dünən Ankara rəsmən “Sülh çeşməsi” əməliyyatını dayandırdığını bəyan etdi. Kürd terror qruplaşmaları isə Ankara və Soçi sazişlərindən sonra artıq həm Amerikanın, həm də Rusiyanın himayəsindən böyük ölçüdə məhrum oldu. Onlar yeni gerçəkliyə məhəl qoymazsa, o zaman Türkiyə ordusu ilə baş-başa qala bilərlər. Bu barədə dünən hətta Putinin mətbuat katibi Dmitri Peskov da açıq xəbərdarlıq edib: “Türk ordusunun əzici zərbəsi altına düşə bilərsiniz...”
    Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”
    İki supergücün Soçi anlaşması Azərbaycan üçün də uğur sayıla bilər. Əsas da ona görə ki, bununla bizə çox yaxın bir bölgədə erməni-kürd terror müttəfiqliyinə çox ağır zərbə vuruldu və nə qədər qəribə də olsa, Ermənistanın müttəfiqi Rusiya da bu prosesə töhfə verdi. Daha dəqiqi, verməli oldu. Çünki Moskva fakt qarşısında qaldı: Kreml ya PKK/PYD/YPG qanunsuz birləşmələrini, “müstəqil Kürdüstan” layihəsinə açıq dəstəkçi olmaqla son illər bütün sahələr üzrə əlaqələri yüksəlişdə olan NATO üzvü Türkiyəni özündən uzaq və incik salmalı idi, ya da Ankaranın narahatlığını bölüşüb onunla sinxron hərəkət etməli idi.

    Moskva doğru olaraq, ikinci yolu seçdi. Daha bir səbəbə: Rusiya bölgədə təzə, gəlmə gücdür, burada dayaqları kövrəkdir və Ankarasız manevr imkanları məhduddur - baxmayaraq ki, Əsəd rejimi onu rəsmən ölkəyə dəvət edib, Türkiyəni isə yox.

    Başqa yandan, Soçi Türkiyənin regionda vazkeçilməz rolunu, hərbi-siyasi qüdrətini bir daha təsbit etdi. Dünyanın aparıcı gücləri, özəlliklə ABŞ və Rusiya qardaş ölkənin bu rolu və nüfuzunu qəbul etməli və onunla hesablaşmalı oldu. Türkiyənin artan gücü, qüdrəti isə sözsüz ki, Azərbaycanın da artan güc-qüdrəti deməkdir.

    *****

    Şübhə yox ki, Soçi anlaşmasında Rusiya və Türkiyə ilk növbədə öz milli-dövlət maraqlarını əsas götürüblər. Ancaq belə bir maraq günün birində Moskva və Ankaranı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı da bir neçə bəndlik hansısa anlaşmanı imzalamasına gətirə bilər. Nədən ki, bu gün Ankara-Moskva, Bakı-Moskva münasibətlərinə ən ciddi təhdidlərdən biri davam edən erməni işğalı, həlli uzanan Qarabağ konfliktidir.

    Bu xüsusda Soçi anlaşması həmçinin o anlama gəlir ki, zərurət yaranarsa, nə vaxtsa işğal altındakı Azərbaycan torpaqlarına erməni simsarları birgə sızan PKK-çı ünsürlər burada da təqib edilə, eyni zamanda bununla bağlı Rusiyadan real dəstək istənilə bilər. Qarabağdakı separatçılar üçün, İrəvan üçün ən pis siqnalı da budur.
    Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”
    Artıq Türkiyəyə qarşı məkrli “müstəqil Kürdüstan” projesi basdırıldı, yaxud qeyri-müəyyən müddətə və uzaq perspektivə atıldı. Azərbaycana qarşı “ikinci erməni dövləti” layihəsini dəfn eləməyin də zamanı yetişib. Bunu indi həm də Rusiyanın regiondakı maraqları diktə edir.

    *****

    Diqqətçəkidir ki, Soçi razılaşmasından PKK terrorçuları ilə yanaşı, ən çox təlaş keçirən ermənilər, o sırada Qarabağ separatçılarıdır. Düşmən ölkə mediasında gedən son şərhlərdən belə qənaət hasilı olur. İşğalçı Ermənistanda təlaş keçirməyə başlayıblar ki, Suriyada Türkiyənin ciddi hərbi və geosiyasi uğurları Azərbaycanın da əlini gücləndirir. Erməni mediasında hətta Putinə I Pyotrun ermənilərlə bağlı vəsiyyətini xatırlatmağa gərək görüblər.

    “Rusiyanın istənilən rəhbəri, - bu vəzifənin rəsmən necə adlanmasından asılı olmayaraq (çar, prezident - ”YM"), 1-ci Pyotrun vəziyyətinə əməl eləməlidir. Putinin özü dəfələrlə publik şəkildə onu yada salıb. Azərbaycan “Arsax” (Dağlıq Qarabağın qondarma adı - “YM”) və Ermənistana təzyiqləri gücləndirir. Bakını yalnız Rusiya yerində oturda bilər və oturtmalıdır. Əks halda, bizim dövlətlərimiz və xalqlarımız arasında müttəfiqliyə sadiqlik haqda Putinin zəmanətlərinin qara qəpiklik dəyəri olmayacaq".
    Qarabağ separatizminə Soçi zərbəsi - “Günün birində...”
    “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-da dünən Qraçya Qalustyanın imzası ilə getmiş “Rusiyanın Ermənistan qarşısında borcu haqda” sərlövhəli məqalədə deyilir.

    Yada salaq ki, XVII əsrin sonu XVIII əsrin əvvəlində Çar Rusiyasının başında durmuş (1696-1725) imperator I Pyotrun 12 bəndlik həmin vəsiyyətində xristian ermənilərə xüsusi qayğı göstərilməsi, onların türk-müsəlmanlar yaşayan ərazilərə köçürülməsinin zəruriliyi də yer alıb.

    Ancaq bayırda indi XVIII əsr yox, XXI əsrdir...

    “Yeni Müsavat”ın analitik xidmətiскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.