• Rus Dili
  • Reklam
    » » Zatulin Qarabağa gəldi - Bakıdan ardıcıl reaksiyalar
    

    Zatulin Qarabağa gəldi - Bakıdan ardıcıl reaksiyalar

    14-10-2019, 18:58
    Oxunub: 108
    Şərhlər: 0
    Çap versiyası
    Zatulin Qarabağa gəldi - Bakıdan ardıcıl reaksiyalar
    Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönələn növbəti təxribatıdır.

    Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına münasibət bildirərkən deyib.

    "Məlum olduğu kimi, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib. K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır.

    Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir.

    İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək", - XİN rəsmisi əlavə edib.

    ***

    Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsi sədrinin müavini Konstantin Zatulinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi və orada səsləndirdiyi bəyanat ən azı beynəlxalq hüquq normalarına qarşı kobud şəkildə hörmətsizlikdir.

    Bunu Report-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.

    Onun sözlərinə görə, K.Zatulinin, ümumiyyətlə, Azərbaycandan icazəsiz bölgəyə səfəri ən yumşaq halda təxribat xarakterlidir: ”Çünki səfər etdiyi və görüş keçirdiyi qondarma qurumu, onun nümayəndələrini nəinki təmsil etdiyi Rusiya Federasiyası, heç Ermənistan özü də tanımır. O zaman Rusiya kimi dövlətin deputat mandatını daşıyan bir şəxsin bu cür bəyanatlarla müşayiət olunan belə bir səfəri təxribat xarakterli, onun erməni diasporu qarşısında götürdüyü öhdəlikdən irəli gələn missiyadır”.

    Ə.Hüseynli deyib ki, rusiyalı deputat erməni lobbiçiliyi ilə uzun illərdir məşğul olur: “Çox üzücü haldır ki, bu əməllərin sahibi Dövlət Dumasının sıravi deputatı yox, MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədr müavinidir, həm də hakim “Yedinaya Rossiya” partiyasının üzvüdür. O, əvəllər də Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini bildirib. K.Zatulin artıq birmənalı şəkildə ermənipərəst mövqeyini dayanmadan sərgiləyir. Hesab edirəm ki, bu, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən Rusiyanın öz reputasiyası üçün də zərərlidir və Duma bununla bağlı deputata qarşı müvafiq ölçü götürməlidir. Münaqişə bölgəsinə qanunsuz səfər, tanınmayan qondarma qurumda separatçılarla görüş və ardınca təxribat xarakterli bəyanatlar heç bir halda sülhdən yox, yalnız işğala dəstəkdən xəbər verir”.

    Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları: Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.