DataLife Engine > İqtisadiyyat / Xeberlenti > Hökumətin 18%-lik talanı

Hökumətin 18%-lik talanı


26-12-2016, 01:59. Разместил: agxebert
Hökumətin 18%-lik  talanı


İqtisadi məsələlər üzrə ekspert: Vüsalə Əhmədova

Dövlətimiz sadə vətəndaşların cibinə girməyin yeni metodlarının axtarışındadır. İnternet
saytlarından ticarət edənlər bundan sonra dövlətə 18 faizlik əlavə dəyər vergisi ödəyəcəklər.

18 faizlik əlavə dəyər vergisinin bu sahəyə tətbiqi əlbətdəki online ticarət edən vətəndaşlara mənfi
təsir göstərəcək. Məsələn, 50 manat dəyərində olan hər hansı bir elektron əşyanı online almaq
isyətən adi bir vətəndaş əlavə olaraq 9 manat məbləğində ƏDV ödəmək məcburiyyətində
qalacaq. Hələ bura CARGO xərclərini də əlavə etsək sadə vətəndaş üçün heç də əlverişli
olmayan bir məbləğin ortaya çıxacağını görəcəyik.
Bununla belə bu addımın ölkədən valyuta çıxışının qarşısını almağa və daxili məhsullara
marağı artırmağa hesablandığı deyilir. Bəyəm ölkədə yerli istehsal var ki, ona maraq da artrılmış
olsun? Ölkədən valyuta çıxışının qarşısını almağa gəlincə, zatən ölkədəki məmurlar və oliqarxlar
rüşvət yolu ilə əldə etdikləri külli miqdarda manatları “qara bazar” vasitəsilə valyutaya dəyişərək
xaricə daşıyıb, xarici banklarda yerləşdiriblər. Ölkədə valyuta qalıb ki? İndi isə hökumətin gözü
sıravi vətəndaşların əlindəki 3-5 dollarlara dikilib.
Qısa informasiya olaraq qeyd etmək istəyirəm ki, Respublikada tətbiq olunan 9 vergi
növündən biri olan əlavə dəyər vergisi (ƏDV) 1992-ci ildən etibarən ölkədə tətbiq edilir. Öz
iqtisadi mahiyyətinə görə istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün
hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV
dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və
qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu vergi birbaşa olaraq konkret
müəssisəsinin yükü olmayıb, təkrar istehsal prossesində zəncirvari olaraq istehlakçıların üzərinə
keçirilir. Belə şəraitdə ƏDV konkret istehsalat üçün neytral xarakter kəsb edir.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад