Manatın bu günə olan rəsmi məzənnəsi![]() Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub. Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,02% zəifləyərək 1,8454 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,39% bahalaşaraq 0,0256 manat olub. Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1896 manatdır. Beləliklə, funt sterlinq 0,47%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,22% azalaraq 0,7116 manat təşkil edib. (musavat.com)
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.