"Muğanbank" "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödəmək üçün agent bank seçildi - ÜNVANLAR![]() Bakı. Trend: “Bank of Azerbaijan” ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və “Muğanbank” ASC Fond tərəfindən “Bank of Azerbaijan”ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib. "Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və “Muğanbank” ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri ”Muğanbank”ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək. Qeyd edək ki, 2012-ci ildə “Muğanbank” lisenziyası artıq ləğv olunmuş “Royal Bank” ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir. "Bank of Azerbaijan" ASC "Muğanbank" ASC Filiallar Filiallar Mərkəzi filial 4 saylı şöbə Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 1 saylı filial Nəsimi filialı Bakı ş., Ş.Bədəlbəyli küç., 94 Bakı ş., Bül-bül pr., 53, mənzil 4-9 3 saylı filial Sahil Qərb filialı Bakı ş., S.Vurğun küç., 3 Bakı ş., Səbail r-nu, Nizami küç., 96 4 saylı filial 4 saylı şöbə Bakı ş., Y.V. Çəmənzəminli küç., 14 Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95 7 saylı filial Mərkəzi filial Bakı ş., Nəsimi r-nu 3005-ci məhəllə, Cavadxan küç., 11 Bakı ş., Cavadxan küç., 11 20 sayli filial 4 saylı şöbə Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 125 Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95 23 saylı filial Avtovağzal Abşeron filialı Bakı ş., Sumqayıt şosesi, 3, Beynəlxalq avtovağzalın 1-ci mərtəbəsi Xırdalan ş., M.Hüseynzadə küç., 1 22 saylı filial Gəncə Gəncə filialı Gəncə ş., Ş.İ.Xətai pr. ilə H.Əliyev pr. kəsişməsində, 56 A Gəncə ş., Cavadxan küç.,36 17 saylı filial Ucar Ucar filialı Ucar rayonu, Qarabörk kəndi Ucar rayonu, Oğuz küçəsi, 44 16 sayli filial Zərdab Ağcabədi filialı Zərdab ş., R.Kərimov küç. Ağcabədi ş., Nəsimi küç. (Ağcabədi rayon İcra Hakimiyyətinin yanı)
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.