• Rus Dili
  • Reklam
    » » Azərbaycandan Səudiyyə Ərəbistanına sərmayə layihələri paketi ilə bağlı təklif
    

    Azərbaycandan Səudiyyə Ərəbistanına sərmayə layihələri paketi ilə bağlı təklif

    17-07-2017, 02:37
    Oxunub: 216
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan Səudiyyə Ərəbistanına investisiya layihələri paketini təklif edəcək. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
    Azərbaycandan Səudiyyə Ərəbistanına sərmayə layihələri paketi ilə bağlı təklif
    Mənbənin verdiyi məlumata görə, təkliflər nəqliyyat, aqrar, tikinti və İKT sektorunu əhatə edir.
    Təkliflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdakı iclası zamanı təqdim olunacaq. Sayca 5-ci olan iclasın Bakıda oktyabrda keçirilməsi nəzərdə tutulur.

    Layihə ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana böyük nümayəndə heyətinin səfəri gözlənir. Nümayəndə heyətinə dövlət strukturlarından, elecə də özəl sektordan nümayəndələr daxildir.

    Hazırda hər iki tərəf ticari-iqtisadi və sərmayə münasibətlərinin inkişaf etdirilməsi üzərində iş aparır.

    Qeyd edək ki, bu ilin sentyabr ayında "Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanından Azərbaycana birbaşa aviareyslər açmağı planlaşdırır. Bu, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayını artıracaq, eləcə də Səudiyyə Ərəbistanına ziyarət etmək istəyən Azərbaycan vətəndaşları üçün gözəl imkan yaradacaq. Ümumiyyətlə son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana böyük turist axını müşaidə edilir.

    Hökumətlərarası komissiyanın iclasının yekunlarına əsasən kənd təsərrüfatı, səhiyyə, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, sosial təminat, media və başqa sahələri əhatə edən protokolun imzalanması planlaşdırılır.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 2017-ci ilin yanvar-iyun ayları ərzində mal dövriyyəsi 6,05 milyon dollar təşkil edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.