Hökumətin 18%-lik talanı![]() İqtisadi məsələlər üzrə ekspert: Vüsalə Əhmədova Dövlətimiz sadə vətəndaşların cibinə girməyin yeni metodlarının axtarışındadır. İnternet saytlarından ticarət edənlər bundan sonra dövlətə 18 faizlik əlavə dəyər vergisi ödəyəcəklər. 18 faizlik əlavə dəyər vergisinin bu sahəyə tətbiqi əlbətdəki online ticarət edən vətəndaşlara mənfi təsir göstərəcək. Məsələn, 50 manat dəyərində olan hər hansı bir elektron əşyanı online almaq isyətən adi bir vətəndaş əlavə olaraq 9 manat məbləğində ƏDV ödəmək məcburiyyətində qalacaq. Hələ bura CARGO xərclərini də əlavə etsək sadə vətəndaş üçün heç də əlverişli olmayan bir məbləğin ortaya çıxacağını görəcəyik. Bununla belə bu addımın ölkədən valyuta çıxışının qarşısını almağa və daxili məhsullara marağı artırmağa hesablandığı deyilir. Bəyəm ölkədə yerli istehsal var ki, ona maraq da artrılmış olsun? Ölkədən valyuta çıxışının qarşısını almağa gəlincə, zatən ölkədəki məmurlar və oliqarxlar rüşvət yolu ilə əldə etdikləri külli miqdarda manatları “qara bazar” vasitəsilə valyutaya dəyişərək xaricə daşıyıb, xarici banklarda yerləşdiriblər. Ölkədə valyuta qalıb ki? İndi isə hökumətin gözü sıravi vətəndaşların əlindəki 3-5 dollarlara dikilib. Qısa informasiya olaraq qeyd etmək istəyirəm ki, Respublikada tətbiq olunan 9 vergi növündən biri olan əlavə dəyər vergisi (ƏDV) 1992-ci ildən etibarən ölkədə tətbiq edilir. Öz iqtisadi mahiyyətinə görə istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu vergi birbaşa olaraq konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prossesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. Belə şəraitdə ƏDV konkret istehsalat üçün neytral xarakter kəsb edir.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.