• Rus Dili
  • Reklam
    » » ABŞ tarixində ilk hicablı idmançı
    

    ABŞ tarixində ilk hicablı idmançı

    3-02-2016, 23:14
    Oxunub: 555
    Şərhlər: 0
    Çap versiyası
    ABŞ tarixində ilk hicablı idmançı2014-cü ildə sablya üzrə komanda yarışlarında dünya çempionu olan İbtihac Məhəmməd ilkə imza atmağa hazırlaşır.

    O, Olimpiya Oyunlarında yarışacaq ilk hicablı amerikalı xanım ola bilər. 30 yaşlı amerikalı bu hadisəni səbrsizliklə gözlədiyini bildirib:

    "İnsanlar Olimpiadada yarışan sablyaçını başqa cür təsəvvür edirlər. Məni görəndə təəccüblənəcəklər. Amma mən Rioda çıxış edib göstərmək istəyirəm ki, məqsədə çatmaq üçün irq, din və cins problem deyil".

    Ötən həftə Afinada keçirilən sablyaçıların dünya kubokunda 3-cü yeri tutan xanım Məhəmməd Rio-2016-da mübarizə aparacaq ABŞ millisində yerini təmin edib. O, 4 il əvvəl Londondakı olimpiadada əlində zədə olduğu üçün iştirak edə bilməmişdi.

    İbtihac Məhəmməd 2011-Panamerika oyunlarının ikiqat çempionu, 2011-Dünya çempionatının bürünc mükafatçısıdır. 2012 və 2013-cü illərdə də dünya üçüncüsü olub. 2014-də isə dünya çempionluğunu qeyd edib.

    Qeyd edək ki, Rio-de-Janeyronun ev sahibliyi edəcəyi Olimpiya Oyunları bu il avqustun 5-21 aralığında keçiriləcək.
    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.