DataLife Engine > Gündəm / Xeberlenti > Tural Abbaslı namizədliyinin qeydə alınmamasına münasibət bildirdi

Tural Abbaslı namizədliyinin qeydə alınmamasına münasibət bildirdi


17-03-2018, 18:15. Разместил: Cavid
Tural Abbaslı namizədliyinin qeydə alınmamasına münasibət bildirdi

MSK prezidentliyə namizədliyimi "müəyyən nöqsanlara yol verdiyim üçün" qeydə almayıb. Biz Azərbaycanda belə qərarların necə verildiyini yaxşı bilirik. Demək ki, bizim namizədliyimiz siyasi qərarla qeydə alınmadı. Biz AĞ partiya olaraq bu prosesə qoşulanda bütün nəticələri nəzərə alaraq qoşulmuşduq. Yəni, nə mənim üçün, nə də AĞ partiya üçün gözlənilməz və qeyri adi nəsə olmadı. Hesab edirəm ki, partiya olaraq seçki mühitinin yaratdığı imkanlardan maksimum istifadə etdik , seçki mərhələsinin ən ağır olan imzatoplama mərhələsini uğurla başa vurararaq 40 mindən artıq imza topladıq, ən əsası da Azərbaycan siyasi mühitində AĞ partiya simasında yeni siyasi gücün artıq bir reallığa çevrildiyini hər kəsə nümayiş etdirdik.
Biz qətiyyən ruhdan düşmürük və mübarizəmizə tam güclə və yeni nəfəslə davam edirik... Səfər bizdən, zəfər ALLAH-dan.


Agxeber.comскачать dle 10.6фильмы бесплатно
Вернуться назад