DataLife Engine > Gündəm / Xeberlenti > “Zeytun budağı” əməliyyatı beşinci günündə: Türk təyyarələri terror yuvalarını bombaladı

“Zeytun budağı” əməliyyatı beşinci günündə: Türk təyyarələri terror yuvalarını bombaladı


24-01-2018, 11:30. Разместил: Cavid
“Zeytun budağı” əməliyyatı beşinci günündə: Türk təyyarələri terror yuvalarını bombaladı


Afrində keçirilən “Zeytun budağı” əməliyyatı 5-ci gününə daxil edilib.

Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Afrindəki terror hədəflərinə qarşı apardığı mübarizə çərçivəsində bu gün 8 terrorçu zərərsizlədirilib. Ümumilikdə isə anti-terror əməliyyatı başlayan gündən 260 terrorçu məhv edilib.

Sərhəddəki terror hədəfləri ard-arda vurulur. TSQ 6 istiqamətdən hərəkət edir. Regiondakı əlverişsiz iqlim şərtləri ilə bağlı əməliyyat dünən zəifləmişdi. Ancaq günortadan etibarən yenidən bərpa olunmuşdu.

Mülki əhalinin bu gün başlayacaq evakuasiyası üçün ilk mərhələdə 3 min adam nəzərdə tutulub. Bu iş üçün 3 koridorun açılması planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад