Fətullah Gülənin ekstradisiyası ilə bağlı növbəti addım - Türkiyə ABŞ-a 85 qutu sənəd göndərdi![]() Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə ölkə hakimiyyəti FETÖ ilə bağlı lazım olan bütün sənədləri də ABŞ-a göndərib. Xəbər verilir ki, Fətullah Gülənin cinayətləri ilə bağlı Vaşinqtona 85 qutu sənəd göndərilib. Bu sənədlər Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə FETÖ-nün Türkiyənin dövlət strukturlarına necə sızması barədə detallar öz əksini tapıb. Eyni zamanda, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı “Eagle” və “ByLock” adlı şəxslərin gizli mesajlarının şifrəsini açıb. Şifrəli yazışmalarda 56 min FETÖ-çunun şəxsiyyəti müəyyən edilib. Bundan əlavə, Türkiyənin hüquq-mühafizə orqanları 150 min şəxsin kimliyi barədə araşdırmalara başlayıb.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.