• Rus Dili
  • Reklam
    » » İlham Əliyevə qarşı ilk üsyan?
    

    İlham Əliyevə qarşı ilk üsyan?

    27-10-2019, 17:34
    Oxunub: 1 032
    Şərhlər: 0
    Çap versiyası
    İlham Əliyevə qarşı ilk üsyan?
    Bilindiyi kimi deputat Hadı Rəcəbli mətbuatda "deputatlar yaşlı olsa da yaxşıdırlar" fikrini səsləndirib. Hətta daha da irəli gedərək 2020-ci ildə keçiriləcək parlament seçkisində iştirak edəcəyini deyib. Hadı Rəcəblinin bu müsahibəsi hakimiyyətdəki yaşlı məmurların prezident tərəfindən istefaya göndərilməsindən sonra verilib.
    Deputatın bu fikri hakimiyyət daxilində İlham Əliyevə qarşı ilk üsyanın baş qaldırması rəyini formalaşdırır.
    Hadı Rəcəbli kimilər heç bir zaman özbaşına danışmaz. Çox güman ki, onu danışdırtdıranlar var.

    Bununla bağlı AĞ Partiya başqanı Tural Abbaslı Facebook profilində maraqlı bir status paylaşıb.

    Həmin statusu sizə təqdim edirik.
    İlham Əliyevə qarşı ilk üsyan?
    Tural Abbaslı: Prezident İlham Əliyevin Hacıbala Abutalıbovun istefa ərizəsini qəbul etdiyi zaman səsləndirdiyi "Ümid edirəm ki, iqtidardakı digər yaşlılar da sizdən nümunə götürər" fikrinə qarşı ilk atəş, ilk üsyan bayrağı deyəsən Hadı Rəcəbli tərəfindən açıldı. Belə ki, o müsahibəsində qeyd edib ki, deputatlar yaşlı olsa yaxşıdır və o bir daha deputat olmaq istəyir. Mən əminəm ki, bu "cəsarət" Hadı müəllimin özündən qaynaqlanmır. Onun cəsarət səviyyəsi hər birimizə məlumdur. Burada maraqlı olan odur ki, bu sözlər Hadı müəllimin deyilsə bəs kimin sözləri və ya mesajıdır? Bu "üsyankar" fikirləri həm də iqtidar daxilində İlham Əliyevin öz ifadəsiylə desək "iqtidar daxilindəki islahat əleyhdarlarının" da prezidentə təhdidi və üsyanı kimi qəbul etmək olarmı?
    İstənilən halda iqtidar daxilində qarşıdurmanın və mübarizənin şiddəti gizlədiləcək səviyyədə deyil. Hətta, əgər artıq, komandanın əvəzolunmaz vahid lideri sayılan İlham Əliyevə qarşı da mesajlar verilirsə demək vəziyyət iqtidar üçün heç də ürəkaçan deyil. Hər halda qarşıdakı müddətdə bizi maraqlı siyasi gəlişmələrin gözlədiyinə əminəm.
    Bütün hallarda vətənə, millətə xeyirli-uğurlu olmasını diləyirik.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.