• Rus Dili
  • Reklam
    » » AĞ Partiya Əli Kərimlinin döyülməsi ilə bağlı bəyanat verdi
    

    AĞ Partiya Əli Kərimlinin döyülməsi ilə bağlı bəyanat verdi

    20-10-2019, 22:01
    Oxunub: 827
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya Əli Kərimlinin döyülməsi ilə bağlı bəyanat verdi
    AĞ partiya oktyabrın 19-da Bakı şəhərində keçirilən mitinqdə AXCP sədri Əli Kərimlinin polislər tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı bəyanat verdi.
    Bəyanatdə deyilir.
    Dünən Milli Şuranın şəhərin mərkəzində keçirməyə cəhd etdiyi mitinq zamanı AXCP sədri Əli Kərimli polis tərəfindən xüsusi qəddarlıqla saxlanıldı. Bundan sonra onun haraya aparılması və saxlanılma şəraitiylə bağlı heç bir məlumat verilmədi. Lakin, günün sonunda o canlı efirə çıxaraq saxlanıldığı andan şəxsinə qarşı zor tətbiq edildiyini, döyüldüyünü, boğulmağa cəhd edildiyini, başının yarılmasını və bütün bu işgəncələrin kamerayla videoya alındığı dedi. Əli Kərimlinin görünüşündən də ona qarşı hansı işgəncələrin və təzyiqlərin edilməsi açıq şəkildə görünürdü.
    Biz, AĞ Partiya olaraq müxalifət partiyası liderinə qarşı bu anti insani hərəkəti şiddətlə qınayır və lənətləyirik. 21-ci əsrin dünyasında özünü demokratik ölkə adlandıran bir məmləkətdə partiya liderinə qarşı bu özbaşnalıq yolverilməz və qəbuledilməz haldır. Belə hadisələr Azərbaycan adına utancvericidir. AĞ Partiya hazırkı iqtidara müxalif olan bir partiya kimi bu addımı iqtidarın öz xalqına və siyasi rəqiblərinə növbəti repressiyası kimi dəyərləndirir. Eyni zamanda hakimiyyətdən bu özbaşnalığı törədənlərin dərhal təsbit olunaraq qanun qarşısına çıxarılmasını və ən sərt formada cəzalandırılmasını tələb edir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.